İcarə şərtləri

1. Avtomobili idarə etməsinə icazə verilən şəxslərin qarşısına qoyulan tələblər

1.1. Sürücünün yaşı 23-dən az olmamalıdır  

1.2. Sürücülük təcrübəsi -ən azı 1 il olmalıdır

2. İcarə müqaviləsi bağlamaq üçün lazım olan sənədlərin siyahısı

2.1. Azərbaycan vətəndaşlarına

  • Qüvvədə olan şəxsiyyət vəsiqəsi
  • «B» kateqoriyalı etibarlı sürücülük vəsiqəsi 2.2. Xarici vətəndaşlara
  • Qüvvədə olan şəxsiyyət vəsiqəsi
  • Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmanı təsdiq edən sənəd
  • Qüvvədə olan Beynəlxalq sürücülük vəsiqəsi 2.3. Hüquqi şəxslərə
  • Hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamənin surəti;
  • Vergi orqanında uçota alınma haqqında şəhadətnamənin surəti;
  • İcarə müqaviləsini, avtomobilin təhvil-təslim aktını və digər sənədlərin, imzalamaq hüququ üçün təşkilat tərəfindən verilən etibarnamə;
  • Etibarnamə üzrə fəaliyyət göstərən şəxsin qüvvədə olan şəxsiyyət vəsiqəsi;
  • «B» kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
  • Təşkilatın rekvizitləri;

2.4. Avtomobili idarə etmək icazəsi olan əlavə sürücülərə

  • Əsas sürücülər üçün nəzərdə tutulan analoji sənədlər

3. Avtomobillərin bron edilməsi və sifarişi

3.1. Avtomobil sifariş vermək olar:

  • Telefonla: (+994 12) 372 37 95, (+994 50) 374 74 10

3.2. Avtomobillərin bron edilməsi xidməti pulsuz göstərilir.

4. Sifarişin rəsmiləşdirilməsi

4.1. Sifariş üçün bütün sənədlər həm ofisdə, həm də icarəyə götürən şəxs üçün münasib ünvanda rəsmiləşdirilə bilər (icarə xidmətlərinə ikinci müraciətdən başlayaraq).

4.2. Sifariş müqavilədə göstərilən vəzifələrinin yerinə yetirilməsinin təminatı olaraq İcarədarın İcarəyə verənə girov təqdim etməsi şərti ilə rəsmiləşdirilir

5. Avtomobilin götürülməsi və qaytarılması 5.1. Avtomobil İcarədara texniki cəhətdən saz, təmiz, benzin bakı dolu vəziyyətdə təqdim edilir.

5.2. Avtomobil təmiz vəziyyətdə, dolu benzin bakı ilə, müqavilədə göstərilən vaxt və məkanda (İcarəyə verənin ofisində və ya əvvəlcədən razılaşdırılmış yerdə) qaytarılır. Avtomobilin ilkin yuyulmadan keçməmiş, salonun çox çirklənmiş,  bakı dolu olmadan , həmçinin avtomobillərin götürülmə və qaytarılma məntəqələrindən kənarda qaytarılması hallarında İcarədar müqavilədə bu xidmətlərə uyğun göstərilən miqdarda əlavə ödəniş edir.

5.3. Avtomobilin razılaşdırılmış vaxtdan 2 saatdan artıq gecikdirilməsi halında İcarədar icarə haqqından əlavə gecikdirilmə vaxtına görə müqavilədə göstərilən tariflər miqdarında İcarəyə verənə cərimə ödəməlidir.

5.4. Müqavilədə göstərilən razılaşdırılmış müddətdə avtomobil qaytarılmadıqda İcarəyə verən Azərbaycan Respublikası DİN-ə avtomobilin qaçırılması şikayəti ilə müraciət etmək hüququna malikdir.    5.5. Avtomobilin götürülməsi və qaytarılması avtomobilin daxili və xarici vəziyyəti, görünən və aşkar zərərlər (belə hallarda), gövdə və salonun təmizliyi, götürülmə və qaytarılma anında yanacaq səviyyəsi qeyd edildiyi təhvil-təslim aktının imzalanması ilə təsdiqlənir.

5.6. Müqavilə bağlanan zaman İcarədarın qoyduğu girov bütün əlavə xidmətlərin, cərimələrin dəyəri tutulduqdan -yəni müqavilə üzrə bütün vəzifələr yerinə yetirildikdən sonra özünə qaytarılır.

6. Yerdəyişmə məhdudiyyəti

 6.1. İcarəyə verən İcarədara avtomobili icarə müqaviləsində göstərildiyi kimi -Bakıda və Azərbaycanın rayonlarında istismar etmək şərti ilə verir. Müqavilədə göstərilən ərazilərdən kənarda avtomobilin istismarı qadağandır.

7. İstismar şərtləri

 7.1. İcarədar Avtomobili nəzərdə tutulmamış məqsədlər üçün  istifadə etmək hüququna malik deyil. İcarədarın Avtomobildən nəqliyyat vasitələrini yedəyə almaq, avtoyarış və yol olmadıqda sürmək,  sürücülük təlimləri keçmək və Azərbaycan Respublikası qanunvericiliyinə zidd digər hallarda istifadə etmək ixtiyarı yoxdur. Avtomobili içkili, narkotik vasitə qəbul etmiş vəziyyətdə və digər sərxoşluq hallarında idarə etmək qadağandır.

7.2. İcarədar icarəyə götürdüyü avtomobilin idarə etmək hüququ olmayan və müqavilədə əlavə sürücü kimi göstərilməyən şəxslərin idarə etməsinin qarşısını almaq üçün bütün mümkün ölçüləri götürməlidir.

7.3. İcarədar Avtomobilin istismarı müddətində onun təhlükəsizliyini təmin etməyə borcludur. Avtomobil istifadə edilmədiyi vaxt ərzində mühafizə edilən dayanacağa qoyulmalıdır.

7.4. İcarədar müstəqil surətdə və öz hesabına avtomobilin yanacaq təminatını, mühərrik yağının, soyuducu mayenin, ön şüşənin yuma mayesinin, şinlərdə təzyiqin vaxtında yoxlanmasını və lazımi səviyyədə saxlanmasını həyata keçirməli, həmçinin avtomobilin saz vəziyyətdə olmasına nəzarət etməlidir.

 7.5. İcarəyə verənin yazılı icazəsi olmadan Avtomobilin təmiri və yenidən təchiz edilməsi, hər hansı bir hissəsinin dəyişdirilməsi qadağandır. İcarədar komponentlərin olmaması və ya korlanması halında tam maddi məsuliyyət daşıyır.