Haqqımızda

Müasir nəqliyyat şirkəti necə olmalıdır? Bu şirkət, komfort və yüksək xidmətə üstünlük verən, hər bir dəqiqəsini qiymətləndirən paytaxt sakininə nə təklif edə bilər? İmkanlarımızı mütəmadi olaraq genişləndiririk və bu sahədə təklif olunan standart xidmət siyahısı ilə məhdudlaşmaq istəmirik. İmkan daxilində genişlənir və hər bir müştərimizin qayğımıza arxalanaraq öz vaxtından səmərəli istifadə etməsi və özünü təhlükəsiz və komfortlu hiss etməsi üçün çalışırıq

1

«ELAD»– avtomobil sahəsində 2006-cı ildən fəaliyyət göstərən, dinamik olaraq inkişaf edən, perspektivli şirkətdir. Bu müddət ərzində avtoxidmət bazarında məsuliyyətli və etibarlı bir şirkət kimi özümüzü tanıtmışıq

2

Hal-hazırda şirkətimizin iki nümayəndəliyi Azərbaycanda bu sahədə geniş xidmət spektrına malikdir. Gələcək planlarımıza – Azərbaycanın müxtəlif regionlarında və başqa ölkələrdə nümayəndəliyimizin yaradılması, həmçinin bu sahədə fasiləsiz inkişaf və digər istiqamətlərdə iş daxildir

3

Şirkətimizin rəhbərliyi və bütün heyəti göstərdiyimiz xidmətin yüksək keyfiyyətini saxlamaq və müştərilərimizlə davamlı münasibət qurmaq üzərində mütəmadi olaraq çalışırlar. Komandamız bu sahədə böyük təcrübəyə malik olaraq, təyin olunmuş məntəqəyə təhlükəsiz, vaxtında və rahat çatdırılmaya zəmanət verir. İş tədbirləri, müştərilərlə görüş, görməli yerləri gəzmək, şəhərdə gəzinti –səfərinizin məqsədindən asılı olmayaraq bizdə hər bir xüsusi hadisə üçün sizin tələblərinizi ödəyəcək avtomobillər və təcrübəli sürücülər var. Bundan başqa «ELAD» şirkətinin heyəti sizin bütün tələblərinizə fərdi yanaşmanı təmin edəcək

Tərəfdaşlarımız

  • AzQtel
  • Azinshaat MMC
  • A&B Paint MMC
  • Baku Hospitality Group
  • Bahar Energy Project
  • CİDC Baku
  • KOKON PRO
  • MCG
  • PSG
  • SABAH Futbol Klubu
  • SKN Electrical Services
  • Trade-Industrial Company (TIC)
  • Taraggi MMC
  • YOM Azerbaijan